Loading...
Loading...
Cəmiyyət

71 yaşlı nazir müavini vəfat etdi

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, A. Vəlibəyov aprelin 8-də 71 yaşında dünyasını dəyişib.

A. Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974-ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

(

APA)

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button