SEÇMƏ

8 ayın əsgərinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir

Yayımlandı: 4 Dekabr 2022 20:08

Elnur Məmmədov bu gün dəfn edilib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Elnur Ağazadə oğlu Məmmədovun odlu silahdan açılmış atəş nəticəsində öldüyü bildirilir.
Qubadlı Rayon Hərbi Prokurorluğunun əməkdaşlarının hadisə yerinə və meyitə baxış keçirdikləri qeyd olunub.

Bu barədə məlumatı hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev yayıb.

Bildirilib ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib:

Əsgərin dəfn mərasimi

“Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

Firad Əliyev istintaqın davam etdirildiyini və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görüləcəyini əlavə edib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Göygölün Nadil kənd sakini, Azərbaycan Ordusunun hərbçisi, 19 yaşlı Elnur Məmmədovun Laçındakı “N” saylı hərbi hissədə naməlum şəkildə öldüyü deyilir. Bəzi mənbələr intihar etdiyini yazır.
8 ayın əsgərinin dekabrın 4-də dəfn edildiyi bildirilir.

Meydan TV

Gözdən qaçırmayın:  MeyArt – “Çırpınırdı Qara Dəniz” Ərdoğanın seçki mahnısı olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button