2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

8 oktyabr böyük etiraz aksiyalarının başlanğıcı olacaq

8 oktyabr saat 12.00-da BŞİH-nin qarşısında etiraz aksiyası keçiriləcək. Hakimiyyət narazı xalqın mitinq tələbinə doqquz aydır “yox” cavabı verir. Razılaşdırılmış aksiyalara nail olmaq məqsədilə xalqın mitinq istəyini 9 aydır ertələyən Milli Şura sonda qərarını verdi . MŞ hökumətə dəfələrlə kompromis variant təklif etsə də, onlardan “yox” cavabı aldı. Son cavabda isə hakimiyyət mitinq üçün Lökbatan qəsəbəsini göstərərək, xalqı ələ saldığını göstərdi. Beləliklə, 8 oktyabr mərkəzdə etiraz aksiyalarının başlanması üçün ilk addım olacaq. AXCP sədri Əli Kərimli canlı yayımda aksiyanı keçirməkdə qərarlı olduqlarını bildirərək deyib ki, hakimiyyətin icazə verib-verməyəcəyindən asılı olmayaraq, aksiya keçiriləcək. Aksiyanın təşkilatçıları partiya fəalları və MŞ üzvləri olsa da, istənilən şəxs elan edilən vaxtda gəlib aksiyaya dəstək verə bilər. Məqsəd birdir-razılaşdırılmış aksiyaların qarşısına sədd çəkmiş hakimiyyətin inadını qırmaq və onu konstitusiyada təsbit olunmuş müddəalara əməl etməyə məcbur etmək. Həmin konstitusiyanın sərbəst toplaşmaq azadlığı haqqında maddəsində yazılır ki, “hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir.

Avropa Şurasına üzv olan hansı ölkəsində sərbəst toplaşmaq hüququna qadağa qoyulub? Hansı ölkədə pozulan haqları üçün etiraz aksiyası keçirmək istəyən on minlərlə insanı şəhərdən on kilometrlərlə uzaq bir stadionagöndərib ələ salırlar? Əlbəttə, artıq bu belə davam edə bilməz. Paytaxtın mərkəzində, dövlət müəssisələrinin qarşısında dinc etiraz aksiyası keçirmək sənin haqqındır, Azərbaycan insanı! O haqqı almağın zamanı çatıb. 8 oktyabrda sərbəst toplaşmaq azadlığınızı almaq üçün BŞİH-nin qarşısına gəlin. Heç bir provakasiyaya yol vermədən, dinc şəkildə etirazınızı bildirin. Telefonlarınızı canlı rejimdə saxlayıb, ətrafda baş verənləri çəkib paylaşın. Hər cür qarşıdurmadan çəkinərək, sivil qaydada tələblərinizin haqlı olduğunu sübuta yetirin. Ən çətini ilk addımı atmaqdır, ən çətini bütün qadağaları yarıb sənin olan haqqı inada istəməkdir. İnadlı və israrlı olanların qarşısında bütün bağlı qapıları açmaq zorunda qalırlar.

İnanın ki, belə də olacaq. Öz haqqına, öz hüququna, öz ölkənə sahib çıxmağın zamanıdır!

Saytların yığılması Saytlarin yigilmasi

Azerbaycansaatı.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button