2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

8 yaşlı Həsən günbəgün daşa çevrilir -Dəhşətli xəstəlik

Bu oğlanın 8 yaşı var və o da yaşıdları ilə oynamaq, əylənmək, qaçmaq, dəcəllik etmək istəyir. Amma bacarmır, alınmır.
8 yaşlı Mehendi Həsən Banqladeşin şimalındakı Naoqan vilayətindəki Dona Raninaqar kəndində yaşayır. O, həddən artıq nadir xəstəliyə düçardır.
Mehendi Həsənin dərisi qabıq qoyur, sonra o qabıqlar möhkəmlənir, qaysaqlanır və sümük kimi möhkəm olur.
Bu daşlaşmış dəriyə toxunanda Həsən ağrı çəkir.
Üstəlik, kənd sakinləri Həsəni ələ salır, onu “lənətlənmiş uşaq” adlandırırlar.
Anasının və nənəsinin dediklərinə görə, onlar Həsəni yaşıdlarından qorumağa çalışırlar.
“Oğlum həyatını evdə keçirir. Uşaqlar ondan qorxurlar, vururlar. Üstəlik, ona toxunanda dəhşətli ağrılar hiss edir”, – Həsənin anası Cahanara Bequm söyləyib.
İş o yerə çatıb ki, Həsən paltar geyinməkdən belə qorxur. Çünki paltar onun dərisinə toxunanda Həsən ağrıdan qıvrılır.
Həsən doğuşundan 12 gün sonra onun anası, kərpic emalatxanasında fəhlə işləyən Cahanara və atası, sürücü Əbül Kəlam Azad uşağın dərisindəki anomaliyanı sezmişdilər.
Əbul Kəlam Azadın söylədiyinə görə, Həsəni indiyədək çox həkimlərə göstərib, müayinələr aparılıb: “Oğlumun dərdinə əlac tapılmır. Kimsə onu müalicə edə bilmir. Sürücülükdən qazandığım pulların hamısını balama sərf edirəm. Dövlətdən, imkanlı insanlardan yardım istəyirəm”.(Milli.Az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button