2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

80 sentlik toyuq ətinə 1 dollar vergi?

“Kənd təsərrüfatı məhsullarının xaricdən tədarükünün artması məhsul istehsalının yerində saydığını göstərir. Aqrar sektor ölkə əhalisinin və qida sənayesinin tələbini təmin edə bilmir”.

Bunu ekspert Vahid Məhərrəmov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

V.Məhərrəmov vurğulayır ki, yerli sənaye daxili tələbatda ət və südün 40, yumurtanın 60, toyuq ətinin isə 35 faizini təmin edir.

“Tələbatı daxili istehsal hesabına təmin edə bilmirik”

“Demək, bu sahədə ciddi problemlər qalır. Qida sənayesi idxal mənşəli xammal, o cümlədən ətdən istifadə edir. Heyvandarlıq üçün yem və komponentlərinin çox hissəsi idxal edilir. Bu isə məhsulun bahalanmasına səbəb olur. Tələbatı daxili istehsal hesabına təmin edə bilmədiyimiz üçün daxili bazarda problem yaranır. Tələb təklifdən artıqdır”, – deyə ekspert qeyd edib.

Ekspert ötən il gömrük rüsumunun artırılmasının idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərdiyini vurğulayır.

“1 kq toyuq ətinə 1 dollar vergi qoyulur. Halbuki, ətin öz qiyməti 80 sentdir. Bu isə idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətini kəskin artırır. Aqrar məhsulun idxalında inhisarçılıq da nəzərə alınmalıdır. Bu, sağlam rəqabətə mane olur. Qanunun icrasına süni əngəl yaradılır, bu isə ərzağın qiymətinə təsir edir”, – ekspert deyir.

Aqrar sənayenin inkişafından ötrü nə etməli?

V.Məhərrəmov hesab edir ki, kənd təsərrüfatı ölkədə sabit inkişaf edən sektordur.

“Amma idxalı əvəzetmə, hələ ciddi statistik nəticələr vermir. Aqrar sənayenin inkişafı üçün kreditlər cəlb edilməli, investisiya qoyulmalı, tövlələr, otlaqlar, tərəvəz anbarları yaradılmalı, fermadan yaxın şəhərə yollar çəkilməlidir. Bundan başqa, regionların inkişafına alimlər cəlb edilməli, müasir texnologiyalardan istifadə edilməli, yeni təşəbbüslər stimullaşdırılmalıdır”, – V.Məhərrəmli bildirib.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button