2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

80 yaşlı qaynanasının adına subsidiya alan icra başçısından AÇIQLAMA

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanasınnı adına subsidiya alması barədə mediada xəbərlər yayılıb.

Yayılan məlumatlara gğrə, Tərtər icra başçısının qayınanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızıdır. Onun adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya ayrılıb.

Yayılan məlumatda bildirilir ki, Tərtər sakinləri rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəyib. Həmin sakinlər Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və rayo  sakini Məmmədov Elçin Saleh oğludur. İcra hakimiyyətinin rəsmisi Füzuli Əliyev isə onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.

Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb…

Saytların yığılması Saytlarin yigilmasi

Bizimyol.info yayılan xəbərlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova zəng edib. İcra başçısı yayılan xəbərlə bağlı açıqlamasında məlumatı təkzib etməyib.

“Bu, dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin. Doğrudur. İstəsəniz, özünüz də gəlib burda araşdırma edə bilərsiz. Belə məsələlər telefonla həll edilmir”,- deyə cavab verib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button