2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

80 yaşlı şəhid anası xəsarət alıb, saxlanılan var

Etirazçılardan Toğrul Qocayev saxlanılıb

Prezident Adminstrasiyasının qarşısında polisin təzyiq göstərdiyi şəhid anası Nənəqız Yunisova xəsarət alıb. 80 yaşlı şəhid anası Nənəqiz Yunisova bildirib ki, PA-nın qəbul şöbəsinə keçmək istəyərkən polisin təzyiqiylə qarşılaşıb. Onun əlini qapı arasında sıxıblar, qolunda qançırlar yaranıb. O bildirib ki, PA-nın qəbul şöbəsində obna bildiriblər ki, problem məhkəmə yoluyla həll olunacaq: “Deyirlər ki, guya pulu həyat yoldaşım alıb. Ölü xortlayıb pul götürdü?”.

Qeyd edək ki, dekabrın 11-də Bakıda Şəhid ailələrinin 100-ə yaxın nümayəndəsi  yenidən Azərbaycan Respubılikasınını Prezident Administrasiyasının qarşısına toplaşaraq, etiraz aksiyasi keçirirlər.

Aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsidir. Onlar  dayanmadan “Şəhidlərin haqqı yeyilməz!” şüarını səsləndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhid ailələri bundan öncə  də Parlamentin, Prezident Administrasiyasının və “Azərsığorta”  Dövlət Sığorta Kommersiya Şirkətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.

Xatırladaq ki,  2018-ci ilin aprelində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda üzvləri həlak olmuş şəhid ailələrinə 11000 AZN birdəfəlik müavinət verilməsi barədə sərəncam imzalayıb. Sərəncam təxminən 9 minə yaxın şəhid ailəsini əhatə edir və oktyabr ayından müavinətlərin ödənişinə başlanılıb.

 

24saat.org xəbəri AnTV.az-a istinadən xəbər verir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button