2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

82 dollara görə şərti cəza aldı

Rusiyanın Başqırdıstan Respublikasında məhkəmə həbsdə olan müxalifət fəalının yaşlı anasına kiçik məbləğdə pul göndərdiyinə görə bir qadına şərti cəza kəsib.

Sentyabrın 6-da paytaxt Ufadakı Oktyabr rayon məhkəməsi Elmira Bikbayevanı ekstremizmə maddi dəstək verməkdə təqsirli bilərək ona üç illik şərti cəza verib.

Ötən həftə məhkəmə pensiyaçı qadına dörd il həbs cəzası istəmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Orta aylıq maaşın onda biri…

Bikbayevaya cinayət işi ötən il açılıb. Müstəntiqlər onun tanınmış müxalifət fəalı Ayrat Dilmuxametovun anasına ayrı-ayrı hissələrlə 6 min rubl (82 dollar) göndərdiyini aşkarlayıblar. Sözügedən müxalifətçi 2020-ci ildə ekstremizm ittihamıyla 9 il həbsə məhkum edilib.

59 yaşlı Bikbayeva fevralda məhkəmə qarşısına çıxarılanda özünü təqsirli bilməyib, maddi durumu ağır olan yaşlı qadına maliyyə dəstəyi vermək istədiyini deyib. O həmçinin yerli fəalların Sunarçi kəndinə gedərək 18-ci əsr millətçi hərəkatının şərəfinə xatirə daşı ucaltmasına kömək etmək istədiyini söyləyib.

İttihamnaməyə görə, Dilmuxametov Bikbayevanın göndərdiyi puldan ekstremist fəaliyyətində yararlanıb.

İnsan haqları fəalları isə göndərilən məbləğin Rusiyada orta aylıq maaşın onda birindən azacıq çox olmasına diqqət çəkirlər.

Bank hesabları dondurulub

Avqustun əvvəlində Bikbayeva məhkəmənin hökmündən öncə adının ekstremistlərin federal siyahısına salındığını öyrənib. Onun bank hesabları və kredit kartları xəbərdarlıq edilmədən dondurulub.

Özünə qarşı ittihamları siyasi motivli sayan Dilmuxametov 2019-cu ilin martında həbs olunub. Məhkəmə onu Rusiyanın ərazi bütövlüyünü pozmaqda, ekstremizmə açıq çağırışlar etməkdə və terrorçuluğu dəstəkləməkdə təqsirli bilərək 9 il həbs cəzasına məhkum edib.

Dilmuxametova ittiham 2018-ci ildəki video müraciətindən qaynaqlanır. O, Rusiya daxilində etnik respublikalara və regionlara daha avtonom hüquqların verildiyi “real” federasiyanın qurulmasına çağırmışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button