2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“9 min talassemiya, 700 siflist və 145 SPİD aşkarlanıb”

“2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nigahdan əvvəl tibbi müayindədən 107 minə yaxın gənc keçib. Onlardan təqribən 9 min talassemiya, 700 siflist, 145 nəfərdə HİP-ə yoluxma aşkarlanıb”.

Bu haqda Milli Məclisin payız sessiyasının plenar iclasında deputat Elmira Axundova deyib.

Deputat söyləyib ki, əvvəl belə şübhələr olub ki, yeni evlənənlərin xahişi əsasında həkimlər cütlüklərdən təhlükəli xəstəlikləri gizlədəcəklər: “Şükürlər olsun ki, bu təsdiqini tapmadı, həkimlərimiz xəstəliklər haqqında cütlüklərə məlumat verirlər, habelə ictimaiyyətə geniş informasiya verirlər. Yəni əllərindən gələni edirlər. Bu xəbərləri ictimailəşdirməklə paralel olaraq biz də tədbirlərimizi görməliyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat qeyd edib ki, zöhrəvi xəstəliklər sahəsinddə xoşagəlməz vəziyyət yaranıb və vəziyyət gözlənildiyindən də ciddidir: “Mənim təkliflərim ondan iabrətdir ki, Qeydiyyat Şöbələrinə səlahiyyət verilsin ki, gəncləri məcburi müalicəyə göndərsinlər. Zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nigaha daxil olmanı qadağan etsinlər. Sağalması mümkün olmayan HİV və talassemiya xəstəliklərinə gəldikdə isə nigaha daxil olanlara xəstəliyin əzabları haqda ciddi və geniş informasiya verilməlidir. Fikrimcə onlarla israrlı söhbət aparılmalıdır”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button