2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

930 yeni yoluxma aşkarlanıb, 12 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı  qeydə alınıb, bu virusa yoluxanlardan isə 703 nəfər sağalıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 703 nəfər sağalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumatı yanvarın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qərargahdan açıqlanıb ki, son bir sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Qurumdan bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 627 min 15 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 min 480-i sağalıb, 8541-i vəfat edib, aktiv xəstə sayı 8994-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button