Azərbaycanla İsveçrəyə arasında viza sadələşməsi qüvvəyə minir
Azərbaycan və İsveçrə arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında 2016-cı il tarixli saziş bu gündən qüvvəyə minir.
Bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.
Bundan sonra diplomatik və xidməti pasportların sahibləri vizasız hərəkət edəcəklər, digər şəxslər üçün viza alınması rejimi sadələşdiriləcək.
Azərbaycan vətəndaşları 1 ildən 5 ilədək uzunmüddətli viza ala biləcək və vizanın qiyməti endiriləcək.
Eyni zamanda, müəyyən kateqoriyaya aid şəxslər pulsuz viza ala biləcəklər: yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, məktəblilər, tələbələr, doktorantlar, idmançılar, elmi və mədəni tədbirlərin iştirakçıları, müalicəyə gedənlər, pensiyaçılar, 18 yaşınadək uşaqlar və jurnalistlər.
24saat.org
Mənbə – azadliq.org