Azərbaycan futbolçularının rəqibləri bilindi
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında qrupların tərkibi müəyyənləşib.
Bu haqda yarışların təşkilat komitəsindən məlumat yayılıb.
İslam Oyunlarının futbol yarışında ümumilikdə səkkiz komanda – Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair yığmaları mübarizə aparacaq.
Futbol yığmaları iki qrupda yarışacaqlar.
A qrupunda Azərbaycan, Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları yer alacaq.
B qrupunda isə Oman, Türkiyə, Əlcəzair və Fələstin milliləri mübarizə aparacaq.
Futbol yarışları 4 stadionda – Azal Arena, Bayıl Arena, Dalğa Arena və Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bu il yanvarın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışlara ümumilikdə 50-dən çox müsəlman ölkəsindən 3 min idmançının qatılması gözlənir.
24saat.org
Mənbə – azadliq.org