Birinci rübdə 85 min deyil, cəmi 1700 iş yeri açılıb
Birinci rübdə 85 min deyil, cəmi 1700 iş yeri açılıb“85 min yeni iş yeri”nin bir günlük canı varmış…
Birinci rübdə 68 min 300 daimi iş yeri havaya sovrulub.
85 min yeni iş yerindən 70 mini daimi iş yeriymiş. Hər halda müşavirədə çıxış edərkən İlham Əliyev belə deyib.
Üstündən bir gün keçməyib. Ölkənin Statistika Komitəsi məlumat yayıb ki, I rübdə muzdla işləyənlərin sayı 1515,7 min nəfərə yüksəlib.
Bu göstərici ötən ilin sonuna olan məlumata görə 1514,0 min nəfər olub.
Deməli, daimi iş yerlərinin sayı I rübdə vur-tut 1700 nəfər artıb. İndiki zamanda “1700” rəqəminin özü şübhəli olsa da, haqqında danışılan 70 min daimi iş yerindən 68 min 300-nün artıq bağlandığını təsdiq edir.
Yazı iqtisadçı-ekspert Nemət Əliyevin feysbuk səhifəsindən götürülüb
24saat.org
Mənbə – azadliq.info