Gündəm
Dәniz Baykal Әrdoğanı әsәblәşdirdi
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiya sәfәri öncәsi gündәmә dair bәzi mәsәlәlәrә münasibәt bildirib. Әrdoğan Nazirlәr Kabinetindә dәyişiklik olmayacağını bildirib. Jurnalistin sualı әsasında Türkiyә prezidenti CHP Antalya millәt vәkili Dәniz Baykalın “Abdulla Gül 2019-cu il prezident seçkilәrindә referendumda xeyr deyәn 49 faizin namizәdi ola bilәr” fikrinә dә toxunub. “Bu dәyәrlәndirmәni lazımsız hesab edirәm, bu, tamamilә fitnә hәrәkәtdir. Hörmәtli Baykal bu işlәrlә mәşğul olmağı buraxsın, öz başının çarәsinә baxsın” deyә Әrdoğan bildirib.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info