Azərbaycan xaricə zeytun ixrac edəcək
Vahid Məhərrəmov: “Zeytunçuluğun inkişafı üçün sahibkarların marağını artırmaq, onlara torpaq sahələri ayırmaq lazımdır”
Son illərdə 4 min hektardan çox ərazilər tam yaşıllaşdırılıb. Əkilən ağacların 2 min hektardan çoxu isə zeytun ağaclarıdır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə bu barədə deyib.
Nazir bildirib ki, zeytun bağlarını 5 min hektara çatdırmaq nəzərdə tutulur. Bununla da Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Ölkəmiz zeytun məhsulları ixrac edəcək.
İqtisadçı-ekspert Vahid Məhərrəmov zeytunçuluğun inkişafı üçün ölkəmizin münbit torpaq-iqlim şəraitinin olduğunu deyir. Ekspert məhsulun emal edilməsi üçün böyük imkanların da olduğunu söyləyir:
“Dünya bazarında zeytun yağına böyük tələbat var. Biz məhsulumuzu Rusiyaya ixrac edirik. Artıq orada formalaşmış bazarımız var. Abşeronda, regionlarımızda zeytun bağlarını salmaq mümkündür. Sovet vaxtında zeytunçuluq sovxozları vardı. Son zamanlar zeytun əkini sahələri və paralel olaraq zeytun istehsalı azalıb. Sahibkarların marağını artırmaq, onlara torpaq sahələri ayırmaq lazımdır ki, zeytunçuluqda inkişaf olsun”.
Nigar
24saat.org
Mənbə – azadliq.info