Xəbərlər
Erməni hərbi qulluqçusu öldü
Bu gün Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalında müqavilə ilə xidmət edən hərbi qulluqçu ölüb.
Virtualaz.org-un məlumatına görə, Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan Novosti Armeniya-nın müxbirinə deyib ki, həmin hərbçi Nareka Mxitaryanın sağlamlığında problemlər olub.
«Onu boyunun orta kistasının çıxarılması üzrə əməliyyat ediblər. Bu gün səhər tezdən o öldü”, – Ovannisyan bildirib.
Hərbi qulluqçunun ölüm səbəbi hələlik məlum deyil.