Siyasət
Nazir Ürək Mərkəzini cərrah-deputatdan aldı
Oqtay Şirəliyev səhiyyə naziri olacağı barədə xəbər yayılan Rəşad Mahmudovu belə cəzalandırdı
Azərbaycanın tanınmış cərrahı, deputat Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.
Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudov “BakuPost”a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.
Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.