Əvvəlkindən daha yaxşı, sonuncudan daha sərfəli – FOTO
Niyə ən son “iPhone SE”-dək yenilənmək lazımdır?
“iPhone SE” smartfonlarının üçüncü nəslinin bazara çıxması yalnız ilk baxışdan ötəri hadisə kimi görünə bilər. Əslində isə, bu, getdikcə daha da uzanan böhran şəraitində xərclərin optimallaşdırılması üçün əla variantdır.
– Yeni SE modelinin yaxşı tərəfləri hansılardır?
– Köhnə cihazlardan fərq nədədir?
– Bəs “iOS” əməliyyat sisteminin üstünlükləri hansılardır?
– Yeni SE modeli mənə uyğundurmu?
Kompakt telefon həvəskarlarının yüksək qiymətləndirdiyi bütün xüsusiyyətlər üçüncü nəsil “iPhone SE” smartfonunda saxlanılıb: səliqəli korpus, rahat 4,7-düymlük ekran və Touch ID funksiyasına malik tanış “Home” düyməsi.
Əsas yenilik 16 nüvəli “Neural Engine” neyroprosessoru ilə təchiz edilmiş günümüzün ən güclü “Bionic A15” çipidir. “iPhone 13” smartfonları da eyni çiplə təchiz edilmişdir. Bu, tətbiqlərin, o cümlədən oyunların maksimum iş sürəti, kəsintisiz animasiya və ümumilikdə, ən yüksək məhsuldarlıq deməkdir. Bütün bunlara baxmayaraq, “iPhone SE” hələ də “Apple” cihazları arasında ən münasib qiymətli məhsul olaraq qalmaqdadır.
Yeni model, həmçinin, aşağıdakı üstünlüklərə malikdir: