2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

İspaniya Səhiyyə Nazirliyi iyulun 29-da 1 nəfərin meymun çiçəyi xəstəliyindən öldüyünü açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu hadisənin Avropada birinci, Afrikadan kənarda isə ikinci hadisə olduğu güman edilir.

Hazırda İspaniya təsdiqlənmiş meymun çiçəyi hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci ölkədir.

Səhiyyə Nazirliyinin hesabatına görə, ölkədə 4298 xəstəliyə yoluxma halı qeydə alınıb ki, onlardan 135 nəfərində ağırlaşmalar olub – “ən çox rast gəlinən ikincili bakterial infeksiyalar və ağız yaraları olub və onlardan biri vəfat edib”.

İspaniyadan bir neçə saat əvvəl Braziliyada bir xəstəninin meymun çiçəyi xəstəliyinin öldüyünü açıqlanıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs limfoma və zəifləmiş immunitetdən əziyyət çəkən 41 yaşlı kişi olub.

Məlumata görə, bu, beş nəfərin meymun çiçəyindən öldüyü Afrikadan kənarda qeydə alınan ilk ölüm halı sayılır. İkinci ölüm halı İspaniyada qüydə alınıb.

İyulun 23-də Dünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyini qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

Rusiyada ilk meymun çiçəyi xəstəliyi iyulun 12-də qeydə alınıb. Yoluxmuş şəxs təcrid olunub. Bundan sonra yoluxma hadisəsi qeydə alınmayıb.

2022-ci ilin iyul ayının sonunda ABŞ və Avropa İttifaqı meymun xəstəliyinin qarşısının alınması üçün çiçək peyvəndinin istifadəsini təsdiqləyib. Meymun çiçəyi həm heyvanlara, həm də insanlara təsir göstərir. Bu, simptomlarına görə çiçək xəstəliyinə bənzəyən, lakin adətən daha yüngül olan viral xəstəlikdir. Xəstələr yüksək hərarət, əzələ ağrısı, xarakterik səpgi və qaşınma hiss edirlər.

Bunun xüsusi müalicəsi yoxdur, meymun çiçəyi adətən 2-4 həftə ərzində öz-özünə yox olur, lakin ölüm halları da qeydə alınmaqdadır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button