Dünyanın ən böyük iPhone fabriki bu dəfə etirazlarla gündəmdədir. Foxconn şirkətinin Çinin Zhengzhou şəhərində daha əvvəl Covid-19 tərəfindən vurulan iPhone fabrikində işçilər iğtişaş bayrağını açanda işlər qarışdı. İşçilər Kovid-19 tədbirlərinə etiraz edərək polislə toqquşdular. “Evə getmək istəyirik”in səsləri ucaldı.
Dünən gecədən başlayan və səhərə qədər davam edən aksiyada işçilər sərt Kovid-19 tədbirlərinə, həmçinin vəd edilən mükafatların ödənilmə müddətinin təxirə salınmasına, ödənişlərin edilməməsinə və kifayət qədər qida çatışmazlığına etiraz ediblər. Kovid-19 tədbirləri çərçivəsində 1 aya yaxındır qapalı rejimdə işləyən, giriş-çıxışlarına ciddi nəzarət edilən işçilərin qəzəbi kameralara əks olunub.
Sosial mediada paylaşılan görüntülərdə işçilərin qoruyucu kombinezon geyinmiş polislə toqquşduğu və epidemiya ilə mübarizə üçün qoyulan maneələri sökdüyü görülüb. Dava zamanı “Evə qayıtmaq istəyirik” şüarları səsləndirən işçilərin bəzilərinin yaralandığı, bəzi işçilərin səhhətinin ağır olduğu iddia edilib. Görüntülərdə yerə yıxılan işçinin qoruyucu kombinezon geyindiyi halda polislər tərəfindən təpikləndiyi görünür.
Təxminən 200 min işçinin çalışdığı fabrikdə Oktyabr ayında Kovid-19 hadisələrinin görüldüyü səbəbiylə giriş-çıxış qadağan edilmiş, çamadan və bel çantaları ilə fabrikdən qaçan işçilərin görüntüləri gündəmə gəlmişdi. Karantin çərçivəsində Foxconn-un minlərlə işçini saatlıq maaş və bonusların artırılması vədi ilə zavodda qalmağa razı salması mətbuatda əksini tapıb.
Foxconn-da artan Kovid-19 hadisələri səbəbindən “məhdud tutumlu iş” tətbiqinə keçdikdən sonra istehsalda yavaşlama olduğu və bu səbəbdən iPhone 14 və digər məhsulları almaq istəyənlərin gözləməli olacağı açıqlandı. . (İHA)
Tərcümə“24 SAAT”