Fransanın paytaxtı Parisdəki Eyfel qülləsi Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü münasibətilə Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb. Paris meri Anne Hidalqo Ukrayna xalqına verilən dəstəyi sarı-mavi rənglərlə işıqlandırılmış Eyfel qülləsi ilə gücləndirmək ümidində olduqlarını bildirib.
Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə əlaqədar 25 fevral şənbə günü Parisin Respublika meydanında Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq tədbirin keçirilməsi gözlənilir. (İHA)
Tərcümə“24 SAAT”