Fransada merin evi yandırılıb.
2023-07-03 08:00:17
HƏFTƏ SONU Qəzəbin səngimədiyi Fransa küçələrində nümayişçilərlə polis arasında toqquşmalar və talanlar davam edib. Polis toplaşanların əksəriyyətinin azyaşlı olduğunu bildirsə də, bir gecədə 719 nəfər həbs edilib. Ötən gün 1300 etirazçı saxlanılıb. Dayan xəbərdarlığına tabe olmadığı üçün polisin 17 yaşlı Afrika əsilli Nahel M.-ni yaxın məsafədən vuraraq öldürməsi ilə başlayan zorakılıq 5-ci gecə də davam edib.
Dünən polis və prokuror mer Vinsent Janbrunun evinə baxış keçirib.
İŞTİRAKÇILARIN ƏKSƏRİ UŞAQLARDIR
Nahel Paris yaxınlığındakı Nanterredə dəfn edilərkən təkcə dünən 45 polis yaralanıb, 577 avtomobil və 74 bina yandırılıb. Ədliyyə naziri Erik Dupond-Moretti həbs olunanların 30 faizinin yetkinlik yaşına çatmayanlar olduğunu və orta yaşın 17 olduğunu bildirib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da bu fakta diqqət çəkərək ailələri “hərəkət görməyə” çağırıb və onlardan uşaqları üçün məsuliyyət daşımağa çağırıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən axşam qarşıdurma və talanların miqyası nisbətən azalıb. Amma Parisin cənubundakı L’Hay-les-Roses qəsəbəsinin meri üçün mənzərə fərqli idi.
Â
Parisdən 40 km aralıda yerləşən Persanda bələdiyyə binası yandırılıb.
“YENİ ÖLÇÜYƏ KEÇİLDİ”
Bir qrup əvvəlcə avtomobillə bələdiyyə sədrinin evini vurub, sonra evi qismən yandırıb. Hadisə zamanı həyat yoldaşı və övladından birinin yaralandığını bildirən bələdiyyə sədri Vincent Jeanbrun, “Qorxu və rüsvayçılıq yeni bir ölçüyə çatıb” deyib. Səhər saatlarında hadisə yerinə gedən prokuror Stephane Hardouin evə baxış keçirdikdən sonra adam öldürməyə cəhdlə bağlı istintaq başlatdıqlarını açıqlayıb.
Fransanın baş naziri Elisabeth Borne də “Bələdiyyə merinin evinə edilən hücum xüsusilə sarsıdıcı idi” dedi. Bu cür hərəkətlərin cəzasız qalmasına imkan verməyəcəklərini qeyd edən Borne bunun “son dərəcə ağır sanksiyalarla nəticələnəcəyini” bildirib.
Ötən gecə 7 mini Parisdə olmaqla ümumilikdə 45 min polis əməkdaşı çalışıb. Daxili işlər naziri Gerald Darmanin iddia etdi ki, polisin sıx iştirakı zorakılığı nəzarət altında saxlamağa kömək etdi.
Tərcümə“24 SAAT”