Moskvaya pilotsuz təyyarə hücumu
2023-07-04 11:56:58
Ukrayna PUA-larla Moskva vilayətinə hücum edib. Rəsmi Telegram hesabında hücumu açıqlayan Moskva meri Sobyanin “Moskva bölgəsində Ukraynaya məxsus pilotsuz uçuş aparatları tərəfindən növbəti hücum cəhdi olub.
İndiyədək hücumlar hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib və aşkar edilmiş bütün PUA-lar məhv edilib. Təhlükəsizlik məqsədilə Vnukova hava limanına gedən bəzi reyslər müvəqqəti olaraq digər hava limanlarına yönəldilib. “Səhər saat 8:00-dan etibarən Vnukovo hava limanı ətrafında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Vnukova hava limanının rəsmi Telegram hesabında uçuşların dayandırılmasının “texniki nasazlıq” səbəbindən olduğu bildirilib.
ZAXAROVADAN ‘TERRORİZM’ BƏYANATI
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumu “terror aktı” adlandırıb. Zaxarova açıqlamasında deyib: “Kiyev rejiminin mülki infrastruktura malik əraziyə, o cümlədən xarici uçuşları da qəbul edən hava limanına hücum cəhdi növbəti terror aktıdır. Nəzərə alsaq ki, Zelenski bu hücumları Qərbin verdiyi və ya Qərbin vəsaiti ilə aldığı silahlarla həyata keçirib, bu, beynəlxalq terrorizmdir. “Dünya ictimaiyyəti dərk etməlidir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Böyük Britaniya və Fransa terror rejimini maliyyələşdirir.
Tərcümə“24 SAAT”