Ceyn Birkin vəfat edib
2023-07-17 08:00:25
Gənc yaşlarından Fransada yaşayan və bu ölkədəki həyatı ilə məşhurlaşan Birkinin vəfatı Fransa Mədəniyyət Nazirliyi tərəfindən açıqlanıb. 1990-cı illərdə leykoz xəstəsi olan Ceyn Birkinin 2021-ci ilin sentyabrında insult keçirdiyi, lakin sağaldığı məlum idi. Səhhətində davam edən problemlərə görə may ayında verməyi planlaşdırdığı konsertləri ləğv edən Ceyn Birkinin Parisdəki evində qulluqçusu tərəfindən ölü tapıldığı açıqlanıb. Birkin özündən 18 yaş böyük olan sevgilisi, fransız musiqiçi Serj Gainsbourg ilə fırtınalı eşq macərası ilə məşhur mədəniyyətin öndə gedən adlarından biri idi. İlk aktyorluq təcrübəsini Mikelancelo Antonioninin 1966-cı ildə çəkdiyi “Blow Up” filmində yaşayan Birkin musiqi dünyasına da Gainsbourgun təsiri ilə daxil olub. Lüks istehlakçı markası Hermes-in dizayner çanta modeli Birkin adını verən o idi.
Tərcümə“24 SAAT”