Barbie filmi başqa ölkədə qadağandır!
2023-08-15 23:03:18
class=”mediyanet-inline-adv”>
Daha bir ölkə dünya miqyasında blokbaster Barbi filmini qadağan etdi. Barbie filmi Əlcəzairdə nümayiş olunduqdan 3 həftə sonra “homoseksuallığı təşviq etdiyi” və “dini və mədəni inanclara uyğun gəlmədiyi” səbəbiylə kinoteatrlardan yığışdırılıb. Əlcəzair mətbuatında çıxan xəbərlərdə filmin biletlərinin nümayiş olunduğu günlərdə tükəndiyi diqqət çəkib.
BARBİ BİR ÇOX ÖLKƏLƏRDƏ QADAĞANDIR
Margot Robbie və Ryan Gosling-in baş rollarda çəkildiyi film iyulun 21-də ekranlara çıxdıqdan sonra dünya üzrə 1 milyard dollardan çox gəlir əldə etsə də, bir çox ölkədə qadağan edilib. İyulun əvvəlində Vyetnam bir səhnədə Cənubi Çin dənizində Çinin iddia etdiyi ərazini göstərən “doqquz tirelik xətt” xəritəsindən istifadə etdiyi üçün filmi qadağan etdi.
Livan isə “homoseksuallığı təşviq etdiyi” və dini dəyərlərə zidd olduğu səbəbilə “Barbie” filminin kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb.
Küveyt “ictimai etika”nı qorumaq üçün sözügedən filmi nümayiş etdirməmək qərarına gəlib və filmin Küveyt cəmiyyətinə və ictimai asayişə yad olan fikir və inancları yaydığını bildirib.
Filippin filmi qadağan etmək əvəzinə, filmdə yer aldığı iddia edilən Cənubi Çin dənizində Çinin iddia etdiyi torpaqları göstərən “doqquz tire” xəritəsini kəsib dərc etməyə qərar verdi.
Tərcümə“24 SAAT”