Gündəm
Luis Bono Yerevanda
Bakı/08.01.24/Turan: Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Luis Bononu qəbul edib.
Ermənistan KİV bildirib ki, “tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər, son danışıqlara və əldə edilmiş razılaşmaların həyata keçirilməsinə toxunublar”.
Armen Qriqoryan erməni tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib. -0-