Gündəm
Qarabağ müharibəsi qəhrəmanı Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib
Dövlət başçısının 12 yanvar tarixli sərəncamı ilə general-leytenant, xüsusi təyinatlı qüvvələrin komandanı Hikmət Mirzəyev müdafiə nazirinin müavini, Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı təyin edilib.
Bu postu tutan Ənvər Əfəndiyev ehtiyata buraxılıb.
Hikmət Mirzəyev İkinci Qarabağ Müharibəsində Şuşa şəhərinin azad edilməsilə bağlı ən mühüm əməliyyatı hazırlayan və həyata keçirən komandirdi. Bu əməliyyatın əsas aparıcı qüvvəsi uzun illər Hikmət Mirzəyevin komandanlıq etdiyi xüsusi təyinatlı qüvvələr olub.