Putin yeni nüvə silahı ilə hədələyib
class=”mediyanet-inline-adv”>
Rusiya prezidenti Vladimir Putin nüvə silahı daşıya bilən qanadlı raket olan “Burevestnik”in (Fırtına quşu) ilk sınağını həyata keçirdiyini açıqlayıb. Soçidə “Valday Discussion Club” adlı beyin mərkəzinin iclasında çıxış edən Rusiya lideri mümkün nüvə hücumu zamanı “havada yüzlərlə rus raketinin peyda olacağını və bir düşmənin belə sağ qalmayacağını” bildirib. Nüvə enerjisi ilə işlədiyi üçün mənzili 20 min kilometrə qədər ola bilən Burevestnik, ABŞ-ın 2020-ci ildə hazırladığı hesabatda “qitələrarası mənzil qabiliyyətinə malik unikal silah” olaraq xarakterizə edildi.
PRIQOJİNİN TƏYYARASINI ƏL QURANATLARI DAŞIRDI
Putin avqustun 23-də muzdlu ordu Vaqnerinin rəisi Yevgeni Priqojinin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı ilk açıqlamasını da verib. Putin bildirib ki, qəzada ölənlərin cəsədlərində “əl qumbarasının parçaları tapılıb”. Putin, “Qurbanların qanında spirt və ya narkotik maddə olub-olmadığını müəyyən etmək üçün yoxlanılmadı” deyərək, onların narkotikin təsiri altında ola biləcəyinə işarə etdi.
2023-10-07 03:12:07
Tərcümə“24 SAAT”