2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vidadi Mirkamal: “Əks təqdirdə insanların cəbhə zonasında qalmasını təmin etmək çətin olacaq”

“Dövlət həlak olan mülki şəxslərin ailəsinə kompensasiya ödəməlidir”

Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində iki nəfər soydaşımız həlak olub, 7 nəfər isə yaralanıb.
Maraqlıdır, dövlət həlak olan və ya yaralanan mülki şəxslərin ailəsinə kompensasiya ödəməlidirmi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən sabiq ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal belə bir addımın atılmasının zəruri olduğunu vurğuladı:
“Təbii ki, düşmən atəşi nəticəsində həyatını itirən şəxslərə belə bir kompensasiyanın verilməsinə ehtiyac var. Çünki onlar öz əcəlləri ilə dünyasını dəyişməyib və ya hansısa məişət zəminidə baş verən hadisə nəticəsində ölməyiblər. Onlar düşmən atəşi nəticəsində həyatlarını itirib. Bu baxımdan hərbi əməliyaytlar zamanı həyatını itirən hərbçilər kimi düşmən atəşi nəticəsində həlak olan vətəndaşlara da kompensasiya verilməli, onların ehtiyacları dövlət tərəfindən qarşılanmalıdır. Əgər belə bir addım atılmasa, o zaman cəbhə xəttinə yaxın ərazidə məskunlaşan insanların orada qalmasını təmin etmək çətin olacaq”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button