İdman
Olqa Senyuk Rio-de-Janeyroda mübarizəni dayandırdı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kamandan oxatan Olqa Senyuk 1/32 final görüşünə çıxıb.
Rəqib çinli Hui Çao olub. 4 hissəlik mübarizənin yekununda Çao güclü olub 7:1 (28:23, 25:25, 24:23, 27:26).
Beləliklə, Senyuk elə ilk görüşdəcə uduzaraq, olimpiada ilə vidalaşıb.