2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AAAF kompleksinin sakinləri günlərlə işıqsız qalır

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “AAAF  Park”şirkətinin AAAF-2 kompleksində yaşayan sakinlərdən  redaksiyamıza müraciət daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlərin bildirdiyinə görə yaşayış kompleksində  problemlər tükənmir. Adı çəkilən binanın qaz təminatı yoxdur. Binanın elektrik enerjisi ilə tcizaatında tez-tez problemlər yaranır. Bəzən sakinlər günlərlə qaranlıqda qalmalı olurlar. “AAAF Park” şirkəti Azərişıq ASC ilə münasibətləri tənzimləyə bilmədiyindən əziyyəti bina sakinləri çəkir. Həmçinin müraciətdə bildirilir ki, sakinlər öhdələrinə düşən ödəmələri vaxtlı vaxtında ödəsələr də,binanın digər texniki təcizaatları da arzu olunan səviyyədə deyil.

Sakinlər problemlərlə bağlı  dəfələrlə şirkətə müraciət etdiklərini də bildiriblər. Lakin  onlara hər dəfə “kimə istəyirsiniz şikayət edin” cavabının verildiyini deyirlər.

Kompleksdə yaşayan 300-ə yaxın  sakinmedia vasitəsi ilə aidiyyatı qurumlardan xahiş edirlər ki,  “AAAF Park”  şirkətinin rəhbərliyindən ciddi tədbirlər görülməsini tələb etsinlər.

Məsələ ilə bağlı, “AAAF Park” şirkəti ilə əlaqə saxlamağa cəhd etdik. Şirkətdən bizə 050 256 62… (son iki rəqəmi qeyd etmirik) mobil nömrəsi ilə,  Kənan adlı şəxslə əlaqə saxlamağımızı bildirsələr də verilən mobil nömrədən  zənglərə cavab verən olmadı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button