2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AB-dən İngiltərəyə xəbərdarlıq: Bizi təhdid etməyin!

Rəsmi olaraq başladılan İngiltərənin Avropa Birliyindən çıxış müddəti(Brexit) ingilis qəzetlərində fərqli şəkidə qiymətləndirilir.

“Guardian” qəzeti AB-nin İngiltərəyə etdiyi xəbərdarlığa diqqət çəkir. Qəzet İngiltərənin Baş naziri Tereza Meyin avropalı liderlərə, əhatəli bir Brexit razılaşması edilməzsə, bunun təhlükəsizliklə bağlı əməkdaşlıqda əksikliklərə səbəb olacağı xəbərdarlığının Avropada “şantaj” kimi qəbl edildiyini yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzet Avropa Birliyinin Brüsseldəki yüksək səviyyəli diplomatlarının Meyin bu sözlərini tənqid edərək, İngiltərəyə təhlükəsizliyi “bazarlıq kartı” olaraq istifadə etməməsi xəbərdarlığı göndərdiyini bildirir.

Mey “Brexit” müzakirələrinin İngiltərə və AB-nin “Brexit” sonrası əlaqələrinə dair danışıqlarla paralel aparılmasını istəmişdi. Almaniyanın Baş naziri Angela Merkel isə AB və İngiltərənin gələcək əlaqələrinin ancaq “ayrılma razılaşması” reallaşdıqdan sonra müzakirə olunacağını deyib.

“Times” qəzeti avropalı bürokratların “Brexit”ə reaksiyalarını yığaraq dərc edib:

“Yaxın yoldaş olmaq, eyni ailədən olmaqla bir deyil” – Sigmar Gabriel, Almaniya xarici işlər naziri.
“Bu gün çox uzun və çətin bir səfərin ilk günü” – Michel Barnier, Avropa Komissiyası.
“Çox böyük, böyük bir səhv” – Andrej Plenkovic, Xorvatiyanın Baş naziri.
“Bu gün yaşananların heç xoş bir tərəfi yoxdur” – Cozef Muscat, Maltanın Baş naziri.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button