2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AB Komissarı Türkiyəyə üzvlükdən kənar əməkdaşlıq təklif edir

Avropa Birliyi (AB) Komissiyasının genişlənmə üzrə məsul üzvü Johannes Hahn Brüssel – Ankara əlaqələri üçün “mövcud vəziyyət davamlı deyil” deyib. O, Türkiyə ilə əlaqələrin təməldən nəzərdən keçirilməsi üçün üzv ölkələri hərəkətə keçməyə çağırıb.
Hahn AB üzvü ölkələr səlahiyyət verəcəyi halda, komissiyanın hərəkətə keçəcəyini və Brüssel – Ankara əlaqələri ilə bağlı yeni bir prosesin başladıla biləcəyini söyləyib.

AB üzvü ölkələrinin xarici işlər nazirləriylə Brüsseldə görüşən Hahn təklifin üzv ölkələrin liderləriylə də müzakirə edilməsini istəyir.
İngiltərənin “Financial Times” qəzeti Hahnın təkliflərini “Brüsseldən ilk dəfə Türkiyənin AB-yə üzvlük prosesini nöqtələyəcək və yerinə yenilənmiş bir Gömrük Birliyi razılaşmasını qoya biləcək konkret bir addım gəlir” deyərək şərh edib. Hahn “masanı tamamilə təmizləyək və gələcəkdə əməkdaşlığın necə ola biləcəyinə baxaq, mövcud olan ünsürlərin parçaları da bu baxışa daxil edilə bilər” deyə vurğulayıb.
Ankara – Brüssel əlaqələrində sabitliyin təmin edilməsinin vacib olduğuna bildirən Hahn, tərəflər arasındakı gərginliyi salıb əməkdaşlığı artıracaq yeni bir formanın müzakirə edilə biləcəyini söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button