2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AB Komissiyasının sədri “ingiliscə Avropada əhəmiyyətini itirir” deyib

Avropa Birliyi  Komissiyasının sədri  Juncker ingilis dilinin Avropada əhəmiyyətini itirməyə başladığını deyib və çıxışına fransız dilində davam edib.

BBC-nin xəbərinə görə Birləşmiş Krallıqla AB arasında Brexit müzakirələri gərginliyi davam edərkən, Juncker mətbuat konfransında çıxışını fransızca edəcəyini söyləyib. O, fransızca danışmağı üstün verməsinin səbəblərini belə açıqlayıb: “İngiliscə Avropada yavaş-yavaş, amma qəti şəkildə əhəmiyyətini itirir və ayrıca Fransada seçki olduğu üçün…”

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən Juncker İngiltərənin AB-ni tərk etmə qərarını  “faciə” kimi səciyyələndirib.

Xatırladaq ki, İngiltərə 1973-cü ildə birliyə qoşulmazdan əvvəl fransızca AB-nin əsas dili idi. Dünya səviyyəsində 400 milyon adamın ana dili ingiliscə, 220 milyon adamın ana dili fransızcadır.

 

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button