2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AB Komissiyasının sədrindən Trampa mesaj

eAvropa Birliyi Komissiyasının sədri Jean-Claude Juncker Avropa Xalq Partiyasının Maltada təşkil edilən konfransında etdiyi çıxışda İngiltərənin AB-dən ayrılmasını (Brexit) hər şeyin sonu olmadığı şəklində dəyərləndirib.

ABŞ prezidenti Donald Trampın daha əvvəl etdiyi Brexit açıqlamalarını tənqid edən Juncker: “Başqa bir qitədə də yeni seçilən bir prezident ingilislərin AB-dən ayrılmasına əlini ovuşduraraq sevindi və digər ölkələrdən də eynisini etməsini istədi. Belə davam etsə, mən də Ohayonun müstəqilliyini və Texasın ABŞ-dan ayrılmasını istəyəcəyəm” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

AB Komissiyasının daha əvvəl ortaya qoyduğu “ağ kitabı” xatırladan Juncker, buradakı fikirlərin Avropada müzakirə olunmasını və bu müzakirələrə bütün insanların qatılmasını istədi. Avropanın iqtisadi və pul birliyini dərinləşdirmək lazım olduğunu deyən Juncker, Avropa və avro mövzusunda şübhəli olanlarla danışmağın zəruriliyini vurğulayıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button