2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“AB Rusiya ilə danışmalıdır”

Son iki ildə qoyulmuş qarşılıqlı sanksiyalara baxmayaraq, Avropa Birliyi Moskvayla işləməlidir. Bunu Rusiyaya səfəri zamanı Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker deyib.

Juncker bunu iyunun 16-da Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda, Prezident Vladimir Putin-lə görüşündən əvvəl söyləyib. O, Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən bəri Rusiyaya səfər edən ən yüksək çinli AB rəsmisidir.

Saytların yığılması Saytlarin yigilmasi

İlhaqdan sonra AB iqtisadi sanksiyalar qoyub, Moskva da əvəzində birlikdən bəzi məhsulların idxalını qadağan edib.

Juncker deyib ki, “biz Rusiya, onun rəhbərliyi və xalqıyla danışmalıyıq”. Onu da vurğulayıb ki, AB-Rusiya münasibəti “bərpa edilməyəcək dərəcədə qırılmayıb”. Amma Juncker xəbərdarlıq edib ki, Kreml Ukraynada süllhün yaradılmasını nəzərdə tutan Minsk sazişlərini tam yerinə yetirməyincə sanksiyalar qaldırılmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button