2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AB Talibanı tanımır, amma onunla işləyəcək

Avropa Birliyi Əfqanıstanın yeni hökumətini tanımaq planı olmadığını, ancaq Talibanın başçılıq etdiyi administrasiya ilə “operativ” işləyəcəyini bildirir.

“Əfqanıstan əhalisini dəstəkləmək naminə biz ölkədəki yeni hökumətlə işləməliyik, amma bu, tanıma demək deyil. Bu, operativ əsasla işləməkdir”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel sentyabrın 3-də mətbuat konfransında deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Borrelin sözlərinə görə, 27 üzvü olan blok Kabildə AB-nin birgə missiyası vasitəsilə Talibanla kontaktlarını koordinasiya edəcək. Məqsəd təxliyələrə nəzarət, Kabildəki hökumətin təhlükəsizlik və insan haqları öhdəliklərinə əməl etməsini təmin etməkdir.

Borrel əlavə edib ki, Taliban inklüziv, reprezentativ hökumət qurmalı, humanitar yardıma azad çıxış yaratmalı, əcnəbilərin və risk altında olan əfqanların ölkədən çıxmasına icazə verməlidir.

Daxili reyslər bərpa olunur

Əfqanıstan bayrağını daşıyan “Ariana Afghan Airlines” şirkəti isə sentyabrın 3-dən ölkəiçi reyslərin bərpa olunduğunu bildirib.

“Taliban və aviasiya orqanları bizə yaşıl işıq yandırıb və bu gündən uçuşlara başlayırıq”, – şirkətin baş meneceri Tamim Əhmədi “AFP”yə deyib.

Bir gün öncə “Al-Jazeera” əfqan mülki aviasiya rəsmisinə istinadla xəbər verirdi ki, daxili reyslər bərpa olunacaq, amma beynəlxalq uçuşların bərpası “zaman alacaq”.

Birləşmiş Ştatlar 20 ildən sonra Əfqanıstandan hərbçilərini çıxarandan Kabil aeroportu açılmayıb. Amma təxliyələr və humanitar yardımı asanlaşdırmaqdan ötrü aeroportun bərpası üçün iş gedir.

Qətərin sentyabrın 2-də bildirməsinə görə, Kabil aeroportunun “mümkün qədər tez” açılması üçün Talibanla işləyirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button