2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AB Türkiyəyə üzvlük vəsaitlərini dayandıracaqmı?

Avropa Birliyi Türkiyəyə verilən 4,5 milyard avro üzvlük öncəsi maliyyə yardımı vəsaitlərini dayandırmaq məsələsini dəyərləndirir.
Ankara isə bu “üzvlük öncəsi maliyyə yardımı vəsaitlərinin (IPA) təxirə salınması üçün müzakirələrin də təxirə salınması lazımdır” deyir.

Türkiyə ilə Avropa Birliyi (AB) arasında 16 aprel referendumu gərginliyindən sonra AB-nin Türkiyəyə dair IPA –nı təxirə salmağı düşündüyü ortaya çıxdı. Türkiyə bu məsələ üçün 2007-2013 illəri arasında 4 milyard 795 milyon avro maliyyə vəsaiti almış, Makedoniya və Serbiya kimi ölkələrlə müqayisədə fonddan ən çox faydalanan ölkə olmuşdu. AB-nin Türkiyəyə, bu il də daxil olmaqla, 2020-ci ilə qədər ədalət, daxili işlər və əsas hüquqlar, nəqliyyat, ətraf mühit və iqlim, enerji, rəqabət mühiti və yenilik, məşğulluq, insan qaynaqlarının inkişafı və sosial siyasət, əkinçilik və başqa əməkdaşlıq sahələrindəki layihələr üçün 2,5 milyard avro verməsi planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə rəsmilərindən biri bu məsələyə münasibət bildirərkən deyib ki, son hadisələrlə bağlı yaşanan gərginliklərdən sonra AB Türkiyədəki layihələrə verilən vəsaitlərin dayandırılmasına baxılacağını açıqlayır: “AB verilən vəsaitlərin tələb olunduğu kimi istifadə edilmədiyini, fərqli yerlərə xərcləndiyini iddia edir. Bu iddialar doğru deyil. Bunu indiki gərginliyin əksi olaraq qiymətləndiririk. Bu siyasi bir ifadədir. Hazırda belə bir addım yoxdur. Onsuz da bunun təxirə salınması üçün Türkiyə ilə müzakirələrin təxirə salınması lazımdır. Belə bir qərar verilməyib, amma iki tərəfin danışıqlarında da bu cür ifadələr səslənir.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button