2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abadlıq adı ilə ağaclar kəsilib

Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağaclar kəsilib

Saytların yığılması Saytlarin yigilmasi

Çoxlu sayda ağac qırılaraq ekskavator vasitəsilə kökündən çıxarılıb. Hadisə Nəsimi rayonu, IV mikrorayon, Mirmahmud Kazımovski küçəsində baş verib. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) Mənzil-Kommunal Təsərrüfatı Birliyinə narazılıqlarını bildiriblər. Birlikdən sakinlərə ərazidə yeni park salınacağı ilə bağlı məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov “Report”a deyib ki, hadisə aprelin 19-da baş verib. O bildirib ki, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekpertiza idarəsinə müracət edib:

“Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı olduğuna görə tərəfimizdən araşdırılma aparılıb və qanuna uyğun müvafiq tədbirlər görülüb”.

R.Bayramovun sözlərinə görə, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi cərimələnib: “Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button