2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

®Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilmiş banklararası şahmat çempionatı başa çatıb. Nəticələrə əsasən, çempionatda ABB komandası qalib gəlib. ABB təmsilçiləri Rəsul Mənsimli, Zöhr Babazadə və Rauf Hacılı şəxsi hesabda da 2-ci, 3-cü və 4-cü yerləri qazanıblar. 

Saytların yığılması Saytlarin yigilmasi

Artıq 6-cı dəfədir ki, keçirilən çempionatda bu il 15 maliyyə qurumundan 60-a yaxın nümayəndə iştirak edib. Banklararası Şahmat Çempionatının məqsədi Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkilidir. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button