2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

ABB səhmdarlarının növbəti ümumi yığıncağı qiyabi səsvermə qaydasında keçiriləcək

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bun­dan sonra “ABB” ASC) idarə heyəti nəzərinizə çatdırır ki, 2023-cü il mayın 30-da keçirilməsi planlaşdırılan səhmdarların növbəti ümumi yığıncağı 3 iyul 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinə və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddə­sinə əsasən qiyabi səsvermə qaydasında keçiriləcəkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyində heç bir dəyişiklik edilməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsi­ni və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasi­bətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyən olunmuş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə sizə ünvanlanmış bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il iyulun 3-dək gön­dərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edil­miş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button