Now Reading:
«ABB sindromu» manatın məzənnəsi faktoru kimi

«ABB sindromu» manatın məzənnəsi faktoru kimi

2017-ci ilin 02 fevralında çərşənbə axşamı manat pik həddə ucuzlaşdırılb USD/AZN məzənnəsi 1,9200 manata yüksəldilib və fevralın 16-da (yenə çərşənbə axşamı) ayın ən aşağı səviyyəsi olan 1,7296 manata salınıb, növbəti gün isə yenidən manat ucuzlaşdırılmağa (1,7352) başlanıb. Bu, təsadüfi deyil, Mərkəzi Bankın məqsədyönlü siyasətinin, iki həftə ərzində ABB-nin problemli kreditlərinin növbəti hissəsinin ötürülməsinin və ona vəsait ayrılmasının nəticəsidir. Müstəqil ekspert Qulu İbrahimli belə hesab edir.
Ekspertin sözlərinə görə, fevralın 2-də ABB-nin dollarla olan problemli aktivləri ən yüksək məzənnə əsasında (1,92) manatla qiymətləndirilib və “Aqrarkredit”ə ötürülüb ki, Mərkəzi Bankdan daha çox vəsait alınsın. “Fevralın 15-16-da da Neft Fondundan Mərkəzi Banka valyuta transferti məbləğindən ABB-yə xarici valyuta ödənib. Ona görə də manat həmin gün bahalaşdırılıb ki, daha çox xarici valyuta ödənsin», deyə Q.İbrahimli hesab edir.
Ekspert indiki tənzimləmə rejimini “ABB sindromlu məzənnə rejimi” adlandırır. AMB 2016-cı ilin sonunda manatın «tam üzən məzənnəyə” keçdiyini elan edib.
Q.İbrahimli hesab edir ki, 2015-ci ildəki ikinci kəskin devalvasiyası ilə Azərbaycan Beynəlxalq Bankı problemi arasında birbaşa əlaqə var. Onun fikrincə, məhz ABB-nin problemli kreditlərinin müqabilində emissiyaya yol verilməsi AMB-nin balansında tarazlığın pozulmasına səbəb olub və iqtisadiyyatda bir çox proseslər birbaşa və ya dolayısı ABB-nin sağlamlaşdırılması ilə bağlıdır.

Turan

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.