2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abbas Hüseyn hüquq müdafiəçilərinə səsləndi

“Təcridxanada məhbuslara işgəncə verilir”

Saytların yığılması Saytlarin yigilmasi

Nardaran hadisələrinə görə həbs olunmuş “Müsəlman Birliyi” Hərəkatının üzvü Abbas Hüseyn Bakı İstintaq Təcridxanasından hüquq müdafiəçilərinə və beynalxalq təşkilatlara müraciət ünvanlayıb.

Yaxınlarının Meydan TV-yə təqdim etdiyi müraciətdə deyilir:

“Əziz hüquq müdafiəçiləri və ictimaiyyət nümayədələri!

Bilirsiz ki, illərdir Azərbaycan hakimiyyəti öz xalqına qarşı fiziki və mənəvi terror törətməkdədir. Haqq sözü deyənləri şər-böhtanlarla zindanlara salır və işgəncələrə məruz qoyurlar. Biz əzəl gündən vətənimizdə hər kəsin firəvan yaşaması üçün əlimizdən gələni etmişik. Daim məzlumların yanında, zalımların önündə olmuşuq.Mən aprel ayının 5-də Bakı İstintaq Təcridaxanasında qanunsuz olaraq karsa salınmışdım. Karsda məndən başqa bir neçə nəfər də var idi. Onlara təcridxananın işçiləri amansız davranır, əl-qollarını bağlayıb işgəncələr verir və pis söyüşlərlə təhqir edirdilər. Biz zülmkarlara etiraz etdiyimiz üçün zindana salındıq və öz etirazımızı da edirik. Və burdan hər kəsə-xüsusən də hüquq müdafiəçilərinə və media nümayəndələrinə səslənirəm ki, bu məsələ ilə bağlı addım atsınlar, öz təsiredici mexanizmlərini işə salsınlar”.

Ombudsman Aparatından Meydan TV-yə bildiriblər ki, onlara ünvanlanmış bütün müraciətlərə baxılır və mütəmadi olaraq həbsxanalara baş çəkilir. Əgər hər hansı şikayət olarsa, araşdırılacaq.

Abbas Hüseynov ötən il, noyabrın 30-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birgə daha 18 nəfər mühakimə olunur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button