2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Abbas Lisani həbsxanaya qaytarılıb

İranda Azərbaycan türklərinin fəallarından sayılan Abbas Lisaninin səhhətində problemlərə baxmayaraq bu yaxınlarda (avqustun 27-də) həbsxanaya qaytarıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna İranda yaşayan fəallar məlumat verib. Onların sözlərinə görə, bu qərarı A.Lisaninin 6 aylıq tibbi məzuniyyəti bitməmiş Ərdəbil İnqilab Məhkəməsinin prokuroru verib: “Abbas Lisani 2019-cu ildən həbsdədir. O, tibbi məzuniyyətdə olduğu müddətdə üç dəfə belindən əməliyyat olunub. Həkim əməliyyatdan sonra evdə ona iki həftə mütləq istirahət etməyi və bel ağrıları üçün məşq etməyi tövsiyə edib. Lakin o, yenidən həbsə qaytarılıb”.

Bu açıqlamaya İranin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Abbas Lisani 2019-cu ildə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq” ittihamı ilə 8 il həbs və 2 il sürgünə məhkum edilib.

Daha sonra Apellyasiya Məhkəməsi Lisaninin həbs hökmünü 15 ilə qaldırıb.

O, ittihamı qəbul etmir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button