2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Abdin Fərzəliyev Abşeronda “PUL VERMİRSƏNSƏ, TİKİNTİNİ DAYANDIR” deyir

Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə, 2005-ci ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsnə,19 yanvar 2022 tarixli sərancamla Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın milyonçu məmurlarından biri kimi tanınan Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçısı təyinatı və onun qarşısına qoyulan vəzifələri layiqincə yerinə – yetirəcəyi ilə bağlı yaranmış suallara artıq cavab tapılmaqdadır. Abşeronun yeni icra başçısının ilk qərarı rayonda iş adamlarını artıq narahat etməkdədir. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb. Abşeron merinin ilk tələbi isə hamını şoka salıb. Belə ki, Abdin Fərzəliyevin qərarına görə rayonda bütün tikintilər dayandırılıb və tikinti aparan sahibkarların icra başçısının qəbuluna gəlmələri tələb olunub. Reallıq.TV – yə daxil olan məlumatda qeyd olunur ki, qəbula çağırılan iş adamlarına yeni icra başçısının tələbləri çatdırılıb. Lakin iş adamları icra başçısının qanunsuz istəkləri icra etməkdən hələki, imtina edirlər. Abdin müəllim isə: Pul vermisənsə tikintini dayandır – deyərək, qərarında israrlı olduğunu önə çəkib.
Abşeronun yeni icra başçısı rayonun qəsəbə və kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə oxşar tapşırıq verib. Abdin Fərzəliyevin tapşırığına görə qəsəbə və kəndlərdə fərdi yaşayış evlərinin tikintisi də dayandırılıb. Reallıq TV – yə danışan vətəndaşlar icra başçısının bu qərarının qanunsuz olduğunu bildiriblər. Onlar qeyd edib ki, sənədləri qaydasında olmasına baxmayaraq tikintilərin dayandırılması ilə barışa bilmirlər və dövlət başçısının məsələyə müdaxilə edəcəyinə inanırlar.
Abdin Fərzəliyevin qanunsuz tələblərindən qaynaqlanan etirazlara iş adamları da qoşulub. Onlar icra başçısının özəl qaydaları və tələblərinin icrasının mümkünsüzlüyünü önə çəkirlər. Sahibkarlar Reallıq.TV – yə bildiriblər ki, tikinti üçün bütün razılıqları alıblar. Bütün dövlət qurumları ilə layihələr razılaşdırılıb. İndi Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev Nurlan adlı adamı vasitəsilə bizə xəbər göndərir və tələbləri icra olunmayınca işlərin başlanmasına icazə verməyəcəyini deyir.
Abşeronda tikinti aparan iş adamları və sadə vətəndaşların narazılığı artmaqdadır. İcra başçısının özəl, qanunsuz qaydaları haqlı etirazlara səbəb olub. Abdin Fərzəliyevin keçmişdəki qaranlıq fəaliyyəti əslində Abşeronda olunan təyinatın nəticələrinin yaxşı olmayacağını göstərirdi. Ilk günlərdə Abdin müəllimin etdimadı doğrultmayacağı artıq təsdiqini tapmaqdadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Realliq.Tv olaraq ümid edirik ki, Abşeron rayonunda yaranmış narazılıqlar tezliklə müsbət həllini tapacaq və milyonçu icra başçıs Abdin Fərzəliyevin qanunsuz tələblərinə hüquqi qiymət veriləcək.
Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq./XalqXeber.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button