2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abdulla Gül haqqında söylənənlərə cavab verib

Türkiyənin keçmiş prezidenti Abdulla Gül son günlər haqqında çıxan iddialarla bağlı açıqlama verib. Keçmiş CHP sədri Dəniz Baykalın fikirlərinə işarə edən Gül “bir siyasətçinin partiya daxilindəki siyasi məsələlərlə bağlı yürütdüyü müxtəlif taktikalarda mən də söhbət mövzusu oldum. Mən bunu ciddi qəbul etmədim. Amma üzülərək deyim ki, bəziləri ciddiyə almışlar. Başqa bir nöqtə də bu… Uzun müddətdir bəzi saytlar başda mən olmaqla AK Partiyanın gerçək uğurlarında çox böyük əməyi keçmiş dostları haqqında ağıza gəlməyəcək sözlər, söyüş səviyyəsində ifadələr işlədir… Doğrusu bunların da necə təşkil olunduğunu dünya bilir artıq” dedi.

Prezident vəzifəsindən sonra gündəlik siyasətə girməyəcəyini söylədiyini xatırladan Gül sözlərinə belə davam edib:” “Mən 7 il tərəfsiz olaraq Prezidentlik etdim. Ayrılınca da gündəlik siyasətə girməyəcəyimi söylədim. Amma məlumatlarımı, təcrübəmi də paylaşmaq məsuliyyətim var, bu şəkildə paylaşmağa da davam edəcəyəm. Ölkə, onsuz da, kifayət qədər qütbləşmə içərisində. Türkiyənin önünə baxması lazımdır. İçəridə bir çox iqtisadi gözləntilər var. Hər kəsin bunlara yönəlməsi lazımdır. Bu çərçivədə, şübhəsiz ki, hökumətə yardım etmək lazımdır. Ölkə xaricindən qaynaqlanan ciddi təhlükələr var. Polemika yaratmaq üçün səy göstərənləri də ciddi qəbul etmirəm.”

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button