2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Abdullah Gül Ərdoğanın yanında, yoxsa qarşısındadır?

Amberin Zaman

“Al-Monitor”
Türkiyədə parlament sistemindən prezident üsul-idarəsinə keçidi qanuniləşdirəcək mübahisəli referenduma iki həftədən də az vaxt qalır. Bu ərəfədə əlcəklərini çıxararaq sabiq prezidenti rinqə sürükləyirlər.

Abdullah Gül – hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucu üzvü, yeddi il dövlət başçısı vəzifəsində olduqdan sonra 2014-ci ildə hakimiyyətdən uzaqlaşan şəxs tənqid atəşinə tuş gəlir. Çünki varisi Rəcəb Tayyib Ərdoğanın lehinə kampaniyada iştirakdan imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Gül, Ərdoğanın danışacağı doğma Kayseridə, aprelin 1-də keçiriləcək mitinqdə iştirak etməkdən boyun qaçırdı. Ərdoğan qələbəliyin qarşısına çıxmaq yerinə, baş nazir Binəli Yıldırımı ora göndərmək qərarı verdi. Gülün kampaniyada iştirak etməməsinin səbəbi hər hansı bir siyasi tədbirdə iştirak etməmək qərarı ilə izah edilir, lakin Ərdoğanın müttəfiqləri bu fikirlə razı deyillər. “‘Xeyr” deyən seçiciyə sürpriz edə bilmədik”, – deyə Duvardibi TV qeyd edib.

Yeri gəlmişkən, bu xəbər portalının məqsədi, görünür, Ərdoğanın real və ya xəyali düşmənlərini gözdən salmaqdır.

Ərdoğanın dəstəkləyən sağçı Milliyyətçi Hərəkət Partiyasının lideri Dövlət Baxçalı, Gülü məzəmmətləyən xora qatıldı. O, Abdullah Gülün keçmiş bossuna nankorluq etdiyini iddia etdi. Gül 2007-ci ildə prezident olmaq üçün kampaniya keçirərkən, Ərdoğan Kayseridə ona qoşulmuşdu.

Baxçalının sözlərinə görə, Gül borcunu qaytarmalı və Ərdoğana dəstək üçün Kayseriyə getməli idi.

Lakin hamı bu fikirlə razılaşmadı. “Abdullah Gül demokratiyaya ən yaxın və Türkiyəyə başçılıq etmiş nüfuzlu şəxsiyyətdir. Əl saxlayın!” – Avropa İslahat Mərkəzinnin əməkdaşı, tanınmış türk köşə yazarı Əsli Aydıntaşbaş belə bir “tweet” atmışdı.

İki dönəm xarici işlər naziri olmuş A.Gül Avropa Birliyinə doğru hərəkətverici qüvvə və bir çox demokratik islahatların memarı hesab olunur. 2005-ci ildə o, Ankara ilə Aİ arasında tam üzvlük danışıqlarını başlatmışdı. Ərdoğan baş nazir olarkən, A.Gül onun üzərində təsirə malik idi və mötədil siyasətçi sayılırdı. Onun konsensus axtaran üslubu Ərdoğanın küçə küyçülüyü ilə kəskin ziddiyyətdə idi, lakin birlikdə onlar qalib komanda formalaşdırmışdılar.

Məqbul hikmət budur ki, Gülün siyasətdən gedişi Ərdoğanın ən pis instinktlərini üzə çıxardı və Türkiyə ağır əvəzlər ödədi. Eyni məntiqlə, Gülün qayıdışı Türkiyəni xilas edə bilər.

Bir çoxları ümid edirdi ki, Ərdoğan prezident olduqda Abdullah Gül baş nazir və AKP sədri vəzifəsini öhdəsinə götürəcək. Lakin onu öz hakimiyyəti üçün təhlükə görən Ərdoğan Abdulla Gülü kənarlaşdırdı və Gül dalaşmaq meyli göstərmədi.

1998-ci ildə Türkiyənin islamçı hərəkatının lideri Nəcməddin Ərbakan ilə yollarını ayırmaq və tezliklə AKP-nin təməli qoymaq üçün əvvəllər mövcud olmuş polad iradə, görünür, Gülü tərk edib.

2013-ci ildə ölkəni bürüyən Gəzi Parkı etirazları sonrası Ərdoğan opponentlərini “dənləməyə” başladıqda, Gül onu dayandırmaq üçün az səy göstərdi. 2014-ci ildə isə A.Gul hakimiyyət orqanlarına ədalət məhkəməsi olmadan interneti senzuradan keçirməyə icazə verən mürtəce qanunu imzaladı.

Gülün susqunluğunu – bəziləri bunu “əlbirlik” adlandırır – Ərdoğanı çox da qıcıqlandırmamaq və onun planlarını riskə atmamaqla izah edirlər. Səbəblər nə olursa-olsun, Gül islahatların davamlı həyata keçirilməsi barədə artıq az danışır. Artan konsensus budur ki, Gül artıq aktual deyil.

Amma Ərdoğan aydın şəkildə belə hesab etmir. Əks halda, niyə dəstək axtarsın ki? Niyə ərdoğançı şərhçilər Gülü uğursuz iyul hərbi çevruilişində ittiham edilən pensilvaniyalı vaizlə əlaqədə və ona kömək göstərməkdə suçlamaqla hücum edirlər?

Gül, Ərdoğanın dəmir iradəni itirdiyi halda, AKP bazasının, güman ki, ona qarşı çıxa biləcək nadir simalarından biridir.

Parçalanma çətin və az ehtimal olunan görünür, lakin Ərdoğanın getdikcə artan avtoritarlığı AKP sıralarında narahatlığı gücləndirir. Yəqin ki, qənimət bölgüsündə tənqidi məyusluq var. Çünki iddialara görə, onlar daha çox Ərdoğanın Qara dənizli yerlilərindən ibarət dar dairədə bölüşdürülür. 

Britaniyalı alim, A.Gülün son bioqrafiyasını yazmış Cerald MakLin qeyd edib ki, sabiq prezident səbrli adamdır, kayserilər isə hiyləgərlikləri ilə tanınırlar. Gül də, yəqin ki, uzun oyun oynayır. Bir türk məsəlindəki kimi: “Səbrli dərviş muradına ərmiş”.

 

Tərcümə: Strateq.az

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button