24saat.org Abel Məhərrəmov oğlunun xilası üçün “qınına çəkildi” - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Abel Məhərrəmov oğlunun xilası üçün “qınına çəkildi”

Şeyxilislam Hacı Allahşükür Paşazadənin təyyarəsindəki “şərab qalmaqalı”ndan sonra Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilən Abel Məhərrəmov gündəmdən düşməkdə maraqlıdır.

24saat.org-a daxil olan məlumata görə, Abel Məhərrəmovun məlum qalmaqaldan dərhal sonra ölkə başçısının sərəncamı ilə onun işdən azad edilməsinə nail olan qüvvələr onun İspaniyada Azərbaycanın səfiri olan oğlu Anar Məhərrəmovun da geri çağrılmasında maraqlı olublar. Hətta bir gün sonra BDU-da başlanan ciddi yoxlamalar ata Məhərrəmovun həbsi ilə də nəticələnə bilərmiş…

Ancaq sabiq rektorun həbsini və səfir oğlunun geri çağırılmasını son anda qudası – Baş naziri müavini Yaqub Eyyubov əngəlləyə bilib. Bu barədə mediada xəbərlər də dərc edildi. Yazıda bildirilirdi ki, A.Məhərrəmovun gəlini Y.Eyyubovun qardaşı qızıdır. “Baş nazirin müavini yeznələrini qorumaq üçün hərəkətə başlayıb. Səfiri də əmin edib ki, ona toxunan olmayacaq. Səfirə də tövsiyə olunub ki, mümkün qədər Azərbaycandakı media ilə əlaqə yaratmağa çalışsın, məqamı gələndə öz xeyrinə istifadə eləyə bilsin”, – mənbə bildirib. Sabiq rektora yaxınlığı ilə seçilən başqa bir mənbə də Məhərrəmovun oğlunu qorumaq üçün hərəkətə keçdiyini, noyabrın 16-da  XİN-də olduğunu deyib.

Anar Məhərrəmov adı zaman-zaman şərab ticarəti, Bakıda onların ailəsinə məxsus olduğu iddia edilən şadlıq saraylarına Madriddən içkilər göndərməsi, İspaniyada diaspora təşkilatları ilə qalmaqallarıyla gündəmə gəlib.

Məhz Yaqub Eyyubovun məsələyə müdaxiləsindən sonra Abel Məhərrəmov barəsində mediada gedən “məhvedici” yazılar birdən-birə dayandı.

Ardınca Xarici İşlər Nazirliyi mediaya açıqlama verdi ki, Anar Məhhərəmovun səfir vəzifəsindən geri çağırılması ölkə başçısının səlahiyyətində olan məsələdir və hələlik bu məsələ gündəmdə deyil.

Bundan sonra məsələ sanki səngidi və Abel Məhərrəmov “qınına çəkildi”.

Hətta noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü münasibətilə partiya rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edən zaman Abel Məhərrəmov onlarla birgə deyil, səhər saatlarında təkbaşına ziyarətə üstünlük verdi. Maraqlıdır ki, həmin vaxt “təsadüfən” Fəxri Xiyabanda olan bir neçə hökümətyönlü media nümayəndəsi də oldu, onun şəkillərini çəkib yaydılar və ən əsası, Abel Məhərrəmov üçün lazım olam açıqlamanı yaydılar. Sabiq rektor həmin açıqlamada deyib ki, mediada yazılanlar həqiqəti əks etdirmir. O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur:

"<yoastmark

“Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

Beləliklə, bu açıqlama ilə Abel Məhərrəmov oğlunu qorumaq üçün ən vacib addımı atıb və prezidentin barəsindəki sərəncamı “dəstəklədiyini” ictimai rəyə çatdırıb.

ABEL MƏHƏRRƏMOV MİRŞAHİNLƏ ŞEYXÜLİSLAMI ÜZ-ÜZƏ “QOYDU”

Bu məsələnin ardınca REAL TV-nin rəhbəri Mir Şahin onun Şeyxin təyyarəsində spirtli içki içdiyinin şahidi olduğunu ictimailəşdirdi. Ardınca isə Şeyxülislam açıqlama verdi ki, Abel Məhərrəmov təyyarədə içki içməyib və onunla münasibətləri yaxşıdır.

Beləliklə məlum oldu ki, qudası Yaqub Eyyubovun sözü ən yükəs səviyyədə keçib və ata-oğul məhərrəmovların cəzalandırılması prosesi atanın işdən çıxarılması ilə yekunlaşıb.

Bir neçə gün əvvəl isə sabiq rektor BDU-da müdiri olduğu “Üzvi kimya” kafedrasında işə başladığı barədə mediada məlumat yayıldı. Xəbərdə bildirilirdi ki, 2002-ci ildən “Üzvi kimya” kafedrasının rəhbəri vəzifəsini də mənimsəyən sabiq rektir artıq “vurulması” ilə razılaşaraq orada fəaliyyətini davam etdirir…

az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.