2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Abel Məhərrəmovu prorektor əvəz etdi – FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 15-də Bakıd Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilən Abel Məhərrəmovun vəzifəsini universitetin  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva əvəzləyir.

24saat.org xəbər verir ki,İradə Əliyeva biologiya elmləri doktoru, professordur.

2 3

O, 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub

Saytların yığılması Saytlarin yigilmasi

1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb və fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna işə göndərilib.
1983-cü ildə Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının əyani aspiranturasına daxil olub və 1986-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Molekulyar Biofizika Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi, 1992-1995-ci illərdə elmi işçisi, 1995-1997-ci illərdə böyük elmi işçisi, 1997-2002-ci illərdə aparıcı elmi işçisi, 2002-2006-cı illərdə baş elmi işçisi, 2006-2011 Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsinin rəisi vəzifələrində çalışıb.

2009-2011-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-cı ilin may ayının 26-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2007-ci ildə BDU Rektorunun Fəxri Fərmanı ilə təltif edilib.
2009-cu il oktyabr ayının 30-da AR Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.

4

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1986-cı ildə İstilik fizikası və molekulyar fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almaq üçün “X537A antibiotik molekulunun və onun üzvi ionlarla qeyri-valent komplekslərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (Bakı ş., Bakı Dövlət Universiteti).

2000-ci ildə Biofizika ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün “Bioloji sistemlərdə üzvi və qeyri-üzvi təbiətli ionları bağlayan maddələrin quruluş-funksiya xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib (Bakı ş., Bakı Dövlət Universiteti).

2006-cı ildə Biofizika ixtisası üzrə professor elmi adı alıb (Bakı ş.).

1976-1981-Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinin tələbəsi;
04.11.1981-20.12.1983-Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda böyük laborant;
20.12.1983-25.10.1986-Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının əyani aspirantı;
15.11.1986-02.04.1988-Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının böyük laborantı;
02.04.1988-14.12.1992-Bakı Dövlət Universitetinin Molekulyar Biofizika Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi;
14.12.1992-01.12.1995-həmin laboratoriyanın elmi işçisi;
01.12.1995-05.11.1997- həmin laboratoriyanın böyük elmi işçi işçisi;
05.11.1997-05.11.2002- həmin laboratoriyanın aparıcı elmi işçisi;
05.11.2002-10.10.2006-Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin baş elmi işçisi;
10.10.2006-26.05.2011- Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsinin rəisi;
26.05.2011-ci ildən Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button