2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Abid Qafarovun işi apellyasiya məhkəməsinə qaytarıldı

Bu gün, fevralın 16-da Azərbaycan Ali Məhkəməsi “KİM” internet televiziyasının ötən il həbs olunmuş əməkdaşı, “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri Abid Qafarovun işini apellyasiya instansiyasına qaytarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna Qafarovun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmə müdafiə tərəfinin şikayətinə baxaraq işi yenidən apellyasiya məhkəməsinə qaytarıb. O qeyd edib ki, Qafarovun həbsi üçün heç bir əsas yox idi.

Hələlik, qərara digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.

2022-ci il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılır.

Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

Qafarov da özünü təqsirli bilmir və “Tərtər işi”ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirir.

2017-ci ildə açılan “Tərtər işi”ndə bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan həmin işdə təqsirləndirilən bir çox hərbçinin işgəncəyə məruz qalmasını Baş prokurorluqdan da bildiriblər. Buna görə əlavə həbs edilənlərin də olduğu açıqlanıb. Hazırda yenilənən istintaqın davam etdiyi, buraxılanların olduğu və zərərçəkənlərin sayının artdığı deyilir. Amma həmin zaman həlak olan və sonradan bəraət alan (bəraət almayanlar da var) bəzi hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button